Əsas Səhifə > Ana xəbər / Güney Press > AKİA-ya yeni sədr müavini təyin edilib

AKİA-ya yeni sədr müavini təyin edilib


Bu gün, 17:51

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) sədrinə yeni müavini təyin olunub.

Banker.az xəbər verir ki, nazir Məcnun Məmmədovun müvafiq əmri ilə Emin Məmmədov bu vəzifəyə gətirilib. O 2023-cü ilin oktyabrından bu günə qədər AKİA-da Maliyyə və mühasibatlıq departamentinin direktoru kimi çalışırdı.

E.Məmmədov bundan öncə “Modern Şirkətlər Qrupu”, “Performance Center” (Chevriolet Azərbaycan) və “Grand-Agro” MMC-də çalışıb.

Hazırda sədr Yalçın Camalov, digər müavinlər isə Mehman İsmayılov və Leyla Cabbarlıdır.


Geri qayıt