Əsas Səhifə > Ana xəbər / Güney Press > Ağdamlı məcburi köçkün niyə öz kəndinə qayıtmaq istəmir?
Ağdamlı məcburi köçkün niyə öz kəndinə qayıtmaq istəmir?Bu gün, 10:38 |
Deməli, əri vəfat etmiş tibb bacısına deyirlər ki, yataqxanadakı otağı təhvil verir, sizi köçürürük Ağdama. Qadın da deyir ki, axı mənim iki övladım Bakıda univeristetdə oxuyur, biz Ağdama necə köçək?
Deyiblər ki, övladların üçün kirayə tut, özün isə Ağdama. Tibb bacısı soruşur ki, bəs heç olmasa, mənə orada iş verəcəksinizmi, kirayə pulunu ödəyim? Deyiblər, Ağdamda iş yoxdur, sizi ancaq Xankəndidə işlə təmin edə bilərik, hər gün Ağdamdan Xankəndiyə gedib-gələrsən. Xankəndidəki iş üçün də elə yüksək maaş deyilmir.
Belə olan halda xanım kirayə pulunu necə verəcək, Xankəndiyə necə gəlib-gedəcək, özü və uşaqları nə ilə dolanacaq? Bu suallar açıq qalır. Qarabağa köç vacibdir əlbəttə ki. Ancaq adamları bu cür imtahana çəkmək olmaz...
Ağa Cəfərli - "DİA-AZ"
Geri qayıt |