Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ
Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİBu gün, 12:08 |
“Azərbaycan Dövlət İqtisad Universiteti” PHŞ malların satınalması müsabiqəsinin qalibini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, “Azərbaycan Dövlət İqtisad Universiteti” Publik Hüquqi Şəxsi auditoriyaların, xidməti otaqların və digər müxtəlif təyinatlı məkanların komplektləşdirilməsi ilə bağlı malların satınalınması müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti olub. Qalib şirkət müqaviləni 1 milyon 228 min 883,38 manat məbləğində təkliflə qazanıb. Şirkət bundan öncə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin 17 milyon 128 min 303 manat dəyərindəki mebel inventarlarının satınalınması tenderinin qalibi olub. Milli Arxiv İdarəsinin 779 min 849 manat dəyərindəki Dövlət Arxivinin filiallarında aparılacaq əsaslı və cari təmir işlərinin” satın alınması tenderinin də qalibi "Vest-LTD" olub. Şirkətin daha öncə udduğu bəzi iri məbləğli tenderlər aşağıdakılardır: Eyni zamanda qeyd edək ki, "Vest-LTD" QSC 2025-ci il ərzində digər iri məbləğli dövlət satınalmalarında da qalib olub. Məsələn, 30 iyul 2025-ci il tarixində yenə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən və məktəbəqədər təhsil müəssisələrinə müxtəlif digər malların satınalınmasını əhatə edən tenderin qalibi olaraq, şirkətlə 1 705 870 AZN dəyərində müqavilə bağlanmışdır. Bundan daha əvvəl, 16 yanvar 2025-ci il tarixində isə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən elan olunan, Yasamal rayonunda – Mərkəzi parkın davamı kimi nəzərdə tutulan ərazilərin abadlaşdırılması üzrə tenderdə də “Vest-LTD” qalib seçilmişdir. Həmin tenderin dəyəri isə 37 230 106 AZN təşkil edir. Qeyd edək ki, “Vest-Ltd” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 050 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Verdəliyev Əlimərdan oğludur. Hüquqi ünvanı AZ1134, Bakı Şəhəri Binəqədi Rayonu, Cavad Xan, ev 51, m. 46 ünvanında yerləşir. Geri qayıt |