Əsas Səhifə > Ana xəbər / Güney Press > Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi

Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi


Bu gün, 15:23

Sabiq Müdafiə nazirinin müavini və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verilib.

"DİA-AZ"ın Manset.az-a istinadən verdiyi xəbərə görə məşhur generalın həyat yoldaşı İlhamə Mustafayeva bir müddət əvvəl Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin müvafiq əmri ilə Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Mustafayeva bu təyinatdan əvvəl Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində dekan vəzifəsində çalışıb, Naxçıvan MR Ali məclisinin deputatı olub.


Geri qayıt