Əsas Səhifə > Ana xəbər / Güney Press > Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı

Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı


Bu gün, 11:24

Bakıda "Land Rover" markalı, "AA" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, avtomobili idarə edən 2008-ci ildə Bakı şəhərində anadan olmuş, Masallı rayonunda qeydiyyatda olan Zeynalov İ. İsmayil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.9-cü maddələri ilə protokol tərtib olunub.

Aparılan araşdırma zamanı İ. Zeynalovun nəqliyyat vasitəsinin etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi müəyyənləşib. Həmçinin "Land Rover" markalı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs işıq siqnalları ilə təchiz edildiyi aşkarlanıb.

Məhkəmə iclasında iştirak edən şəxs özünü təqsirli bilərək, atası İsmayil Zeynalova məxsus nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyini deyib.

Məhkəmənin qərarı ilə avtomobildə qurlaşdırılan xüsusi (çox avazlı) səs siqnalı dövlət nəfinə müsadirə edilməklə İ. Zeynalov barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.

Qeyd edək ki, İ.Zeynalovun atası İsmayil Zeynalovun iş adamı olduğu deyilir və rayonda Hacı İsmayıl kimi tanınır.


Geri qayıt