Əsas Səhifə > Ana xəbər / Güney Press > Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmış
Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmışBu gün, 12:32 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru işdən çıxarılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl müəssisəsinin direktoru Samirə Mehdiyeva müvafiq əmrlə vəzifəsindən azad olunub.
Onun hazırda həkimlik fəaliyyəti ilə məşğul olduğu deyilir.
Qeyd edək ki, Samirə Mehdiyeva uzun illər nazirliyin tabeliyində olan, el içində "Qocalar Evi" kimi tanınan Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin rəhbəri idi. O, tanınmış idmançı, Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, 2020-ci ildə deputatlığa namizəd Oqtay Methiyevin bacısıdır. O, hazırda Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının İdarə Heyətinin sədridir.
Geri qayıt |