Əsas Səhifə > Ana xəbər / Güney Press > Yeganə Ramazanova nazirlikdən ayrıldı, yeni vəzifəyə təyin olundu
Yeganə Ramazanova nazirlikdən ayrıldı, yeni vəzifəyə təyin olunduBu gün, 10:53 |
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Yeganə Ramazanova vəzifəsindən ayrılıb.İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, özü bildirib. O qeyd edib ki, bundan sonra fəaliyyətini “Umid Babek Operation Company” (UBOC) əməliyyat şirkətində davam etdirəcək. Xatırladaq ki, Y.Ramazanova ötən ilin əvvəllərinədək İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi vəzifəsində çalışıb. Bir ildən çox idi ki, Elm və Təhsil Nazirliyində çalışırdı. Məlumat üçün onu da bildirək ki, UBOC Xəzərin Azərbaycan sektorunda, Bakıdan 75 km cənub məsafədə yerləşən “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun işlənməsi və istismarı üzrə əməliyyatların idarə olunmasını həyata keçirir. “Ümid” yatağının kəşfi 24 noyabr 2010-cu ilə təsadüf edir və Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. Yataq 2012-ci ildə istismara verilib. İlkin hesablamalara görə, yatağın ümumi ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensatdır. Yatağın işlənməsi üzrə Risk Xidmət Müqaviləsi çərçivəsində UBOC şirkətinin səhmdarları SOCAR (80%) və "Nobel Upstream" (20%) şirkətləridir. Geri qayıt |