Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var

Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var


Bu gün, 09:32

“Ermənistanın Müstəqillik Bəyannaməsinin bəzi müddəaları ziddiyyətlidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bildirib ki, bəyannamə qəbul olunduğu dövrdə Ermənistanda fəaliyyət göstərən siyasi elitanın kollektiv əhval-ruhiyyəsini ifadə edib, (separatçı) “Qarabağ” hərəkatının möhürünü daşıyıb.

“Bəyannamənin əsas ideoloji müddəaları ziddiyyətlidir, 1950-ci illərdən Sovet İttifaqı tərəfindən tədricən, amma ardıcıl olaraq bizə aşılanan kollektiv vətənpərvərlik modelini ifadə edir. Sovet İttifaqının biz ermənilər üçün formalaşdırdığı vətənpərvərlik modeli İkinci Dünya müharibəsində qalib gələn və Şimali Atlantika Alyansı ilə münaqişəyə girmiş SSRİ-nin ambisiyalarının cənub-qərb istiqamətini ifadə edirdi”.


Geri qayıt