Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu çay evi də qanunlara tabe olmur...
Bu çay evi də qanunlara tabe olmur...Bu gün, 07:41 |
Bakı şəhərində şəbəkə şəklində fəaliyyət göstərən “Nəlbəki” çay evləri uzun müddətdir ki, populyar istirahət məkanları kimi tanınsa da, Nərimanov rayonu ərazisində yerləşən filialı ilə bağlı daxil olan şikayətlər ciddi narahatlıq doğurur. "Azərbaycan Reallığı" xəbər verir ki, vətəndaşın iddiasına görə, bu məkanda qapalı sahədə qəlyan istifadəsi adi hala çevrilib. Halbuki “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun açıq şəkildə bildirir ki, ictimai iaşə obyektlərinin qapalı hissələrində qəlyan verilməsi və çəkilməsi qadağandır. Bu qanunun əsas məqsədi insanların sağlamlığını qorumaq olsa da, sözügedən məkanda bu qaydaya əməl olunmadığı bildirilir. Bundan başqa, çay evinə gələn bəzi sürücülərin avtomobillərini obyektin qarşısındakı iki zolaqlı yolun birini zəbt edərək saxlaması, nəqliyyatın normal hərəkətinə manelər yaradır. İctimai iaşə obyektlərinin fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə əməl olunması hər kəs üçün eyni qaydada təmin edilməli, müştərilərin sağlamlığı və təhlükəsizliyi qorunmalıdır. Geri qayıt |