Əsas Səhifə > Ana xəbər / Güney Press > Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi
Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdiBu gün, 15:20 |
Astara Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Əhmədov Bahadır Allahverdi oğlu sözügedən vəzifəyə təyin olunub.
Qeyd edək ki, Bahadır Əhmədov N saylı hərbi hissənin tibbi xidmət rəisi vəzifəsində çalışıb. Zərdabın Qoruqbağı kəndindən olan tibb xidməti polkovniki "Vətən uğrunda" medalı ilə təltif edilib. O, Vətən müharibəsi dövründə cəbhənin ən qaynar bölgəsində yüzlərlə yaralımızın həyatının xilas edilməsində böyük xidmətlər göstərib.
Xatıradaq ki, Astara Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Oktay Əmənullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilib. Dünən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev vəzifəsindən azad edilib.
Geri qayıt |