Əsas Səhifə > Ana xəbər / Güney Press > Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?..
Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?..Bu gün, 09:41 |
“Avqustun 20-də Ermənistana gələn Rusiya baş nazirinin müavini Aleksey Overçuk Nikol Paşinyanla xoşagəlməz söhbət edib.Hökumət mənbələri bildirir ki, rəsmi Tehran kimi Moskva da Paşinyanın vədlərinə inanmır, ona görə də xəbərdarlıq edilib ki, Ermənistan gömrük orqanlarının "Tramp yolu"nda gömrük nəzarətini həyata keçirməyəcəyi təqdirdə Ermənistan Avrasiya İqtisadi İttifaqı(Aİİ) ilə problem yaşayacaq".
Moderator.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
"Aİİ prinsiplərinə görə, Aİİ-nin vahid gömrük ərazisindən keçən mallar vahid gömrük nəzarətindən keçir. Tramp marşrutu Azərbaycanın Naxçıvana ticarət çıxışını təmin edəcək.
Birləşmiş Ştatlar isə yolu daha 99 il uzatmaq imkanı ilə 99 il müddətinə icarəyə götürür.
Əgər Ermənistan Respublikasının gömrük orqanları yollara nəzarəti həyata keçirməzsə, o zaman Ermənistan Aİİ-nin əsas prinsiplərinin birtərəfli qaydada pozulması ilə qarşılaşacaq", -davamında erməni nəşri belə yazır.
Paşinyan seçim qarşısındadır: ya Ermənistanı Aİİ-dən çıxaracaq, ya da ona qarşı sanksiyalar tətbiq olunacaq, sonra isə ölkədən çıxarılacaq”.
Geri qayıt |