Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır
İcra hakimiyyətlərinin ləğvi prosesi başlayırBu gün, 07:10 |
Bu məlumatların rəsmi əsas yoxdur. İndiyə kimi hər hansı açıqlama verilməyib. Sadəcə bəzi ekspertlər bunun vaxtının çatdığını bildirir, ölkədə struktur islahatlarının tərkib hissəsi sayır. İdarəetmədə belə radikal dəyişiklik mümkündürmü? Dövlət bu addıma gedəcəkmi? Ləğv edilən strukturların yerinə yaradılacaq yeni qurum hansı prinsiplər üzrə formalaşdırılacaq? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, idarəetmədə struktur islahatlarının mümkünlüyü bir müddət əvvəl də müzakirə mövzusu olub: “Sonradan bu müzakirələr səngisə də, mövzu hələ də aktuallığını qoruyur. İctimaiyyətdə xüsusilə icra hakimiyyətlərinin strukturunun dəyişdirilə biləcəyi barədə fikirlər yayılıb. Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, icra hakimiyyətləri sovet dövründən qalmış köhnəlmiş strukturdur və onun yenilənməsinə ciddi ehtiyac vardır. Bu məsələ idarəetməyə birbaşa aid olduğundan yeni strukturların səlahiyyətləri və idarəetmə mexanizmləri dəqiq araşdırılmalıdır. Hazırda Azərbaycanda idarəetmə sahəsində yeni strukturlar formalaşdırılıb, məsələn, işğaldan azad olunmuş ərazilər üzrə səlahiyyətli nümayəndələr təyin edilib. Bu institutun konstitusiyada təsbitinə ehtiyac yarana bilər”. Millət vəkili qeyd edib ki, idarəetmə sistemində islahatların aparılması istisna edilmir: “Mütəxəssislərin yekun rəyləri əsasında yeni idarəetmə üsulları, strukturlar və səlahiyyət bölgüsü müəyyən edilərək qərar veriləcək. Ehtimal ki, bu qərarlar referendum yolu ilə təsdiqlənə bilər. Ümumiyyətlə, cəmiyyət inkişaf etdikcə idarəetmə metodları da yenilənir. Azərbaycanda da bu proseslər müasir dövrün tələblərinə uyğun həyata keçiriləcəkdir”. Deputat Fazil Mustafa isə bildirib ki, hazırda icra hakimiyyətlərinin ləğvi ilə bağlı hər hansı müzakirə aparılmır və bu məsələ aktual sayılmır: “Belə qərar yalnız konstitusiyaya dəyişiklik edildiyi halda mümkündür. Hələlik isə konstitusiya dəyişikliyi ilə bağlı hansısa bir rəsmi açıqlama verilməyib”. Geri qayıt |