Əsas Səhifə > Ana xəbər / Güney Press > Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr
Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələrBu gün, 10:27 |
Xəbər verdiyimiz kimi Rusiya ordusu Ukraynaya qarşı növbəti raket və dron hücumları həyata keçirib. Bu, Rusiyanın SOCAR-ın Ukraynada yerləşən obyektlərinə ilk zərbəsi deyil. Bundan öncə də həm Odessadakı digər yanacaqdoldurma məntəqələri, həm də Azərbaycanın Ukraynaya qaz nəql edən infrastrukturu Rusiya raket hücumlarının hədəfinə çevrilmişdi. Beləliklə, Moskvanın ardıcıl olaraq Azərbaycan şirkətinə aid obyektləri vurması diqqət çəkir. Musavat.com -a görə bu zərbələr təkcə hərbi əməliyyatların tərkib hissəsi deyil, həm də siyasi mesaj xarakteri daşıyır. Rusiya açıq şəkildə Azərbaycanı Ukraynaya göstərdiyi enerji və humanitar dəstəyə görə hədəfə alır. Bu yanaşma təkcə hərbi sahədə deyil, informasiya müstəvisində də özünü göstərir. Son günlər Rusiya mediasında və siyasi dairələrində Azərbaycanın ünvanına sərt açıqlamalar səsləndirilir. Xüsusilə, Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kirill Kabanovun son açıqlamaları diqqət çəkib. O, Azərbaycanı Ukraynaya yardımı dayandırmağa çağıraraq, kobud və təhqiramiz ifadələrlə bizi işğalla hədələmişdi. Rusiya məmuru Azərbaycan rəhbərliyini Ukrayna prezidenti Volodimir Zelenskiyə mənəvi dəstək verməkdə ittiham edib və bunun Rusiyaya qarşı açıq mövqe olduğunu vurğulayıb. Kabanov Moskvanın atmalı olduğu “addımlar” barədə də danışıb. O, Azərbaycan diasporunun Rusiyada iqtisadi təsirini azaltmağı, Qafqazda mövqeləri gücləndirməyi və Azərbaycanın “Dağıstana təzyiq ehtimalına hazırlaşmağı” təklif edib. Daha sonra isə o, Rusiya adından Azərbaycanı işğal etmək Musavat.com-a görə, Moskva Azərbaycanla faktiki olaraq “proksi müharibə” aparır: bir tərəfdən informasiya təzyiqləri, digər tərəfdən isə Ukraynada SOCAR-ın obyektlərinə ardıcıl hücumlar bunun bariz nümunəsidir. Beləliklə, Rusiya həm cəbhədə, həm də diplomatik meydanda Azərbaycanı Ukraynaya dəstək mövqeyindən çəkindirməyə çalışır. Geri qayıt |