Əsas Səhifə > Ana xəbər / Güney Press > Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi?

Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi?


Bu gün, 06:54

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender yekunlaşıb.

"DİA-AZ" xəbər verir ki, sözügedən tener “təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılması” ilə bağlı elan edilmişdi.

Tenderin qalibi "Enermus" QSC (VÖEN: 2003641611) olub.

Qalib şirkətlə bağlanmış müqavilənin dəyəri 990 088 AZN təşkil edir.

Qeyd edək ki, "Enermus" QSC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 2000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elbrus Məmmədov Kamal oğludur. Hüquqi ünvanı AZ1110, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 149, m.25 ünvanındadır.


Geri qayıt