Əsas Səhifə > Ana xəbər / Güney Press > Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışırBu gün, 05:21 |
İmişlidə baş verən dəhşətli qəza ilə bağlı şok detallar yayılıb. Məlumata görə, Ramiz Mehdiyevin biznes ortağı Əziz Quliyev idarə etdiyi 200 min manatlıq “Mercedes” avtomobillə məktəbli azyaşlıları vuraraq, ölümcül vəziyyətdə onları qoyub, hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı uşaqlar çoxsaylı xəsarət alıb. Bu haqda Yenixeber.org olaraq 4 gün əvvəl (08.08.2025) məlumat yaymışdıq. Xatırladaq ki, hadisə İmişlinin Qaraqaşlı-Xoşçobanlı avtomobil yolunun 32-lər kəndi ərazisindən keçən hissəsində avqustun 5-də iki minik avtomobilinin toqquşması ilə baş verib. Bu gün isə Yenixeber.org-a bu istiqamətdə yeni məlumat daxil olub. Məlumata görə, Əziz Quliyev baş verən bu ağır hadisəni öz əlaqələrindən istifadə edərək ört-basdır etməyə çalışır. Bu məqsədlə Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev bütün imkanlarını işə salaraq Əziz Quliyevi məsuliyyətdən yayındırmaq üçün hərəkətə keçib. Məqsəd – onun rəsmi şikayət etməməsini təmin etmək. Geri qayıt |