Əsas Səhifə > Ana xəbər / Güney Press > Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir


Bu gün, 05:11

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov “Çuddu peçka” mağazalar şəbəkəsinin fəaliyyətini bərpa etmək istəyir.

Reportyor.info -nun əldə etdiyi eksklüziv məlumata görə, xəbər verir ki, Anar Cəlilov bir müddətdir bu haqda düşünür və artıq “Çudo Peçka”nı bərpa etmək barədə qəti qərara gəlib. O, bu barədə yaxın ətrafına da bildirib.

Konkret olaraq bir neçə gün əvvəl Bakıda fəaliyyət göstərən “Nar şərab” restoranında olan Anar Cəlilov yaxın ətrafına bildirib ki, qısa müddətdə yenidən “Çudo Peçka” mağazalarını bərpa etmək niyyətindədir.

“Çudo Peçka” mağazalar şəbəkəsi Anar Cəlilovun atası Çingiz Cəlilova məxsus olub. “Çudo Peçka”nın ilk mağazası 2001-ci ildə fəaliyyətə başlayıb. Şəbəkə 2018-ci ildən fəaliyyətini dayandırıb.
Anar Cəlilovla Röya Ayxanla 2008-ci ildə ailə qurub. Cütlük 2014-cü ildə ayrılıb.


Geri qayıt