Əsas Səhifə > Ana xəbər / Güney Press > "Rusiyanın artıq Zəngəzur dəhlizinə maneə törətmək imkanı yoxdur”

"Rusiyanın artıq Zəngəzur dəhlizinə maneə törətmək imkanı yoxdur”


Bu gün, 06:18

"Azərbaycanla Ermənistan arasında imzalanan sülh müqaviləsi Cənubi Qafqazda geosiyasi balansı əhəmiyyətli dərəcədə dəyişdirib".

Bu sözləri Sitat.info-ya açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.

Partiya sədri bildirib ki, NATO-nun aparıcı dövləti və dünyanın ən güclü ölkəsi olan ABŞ-ın proseslərdə liderlik etməsi, bölgənin Rusiyanın nəzarətindən çıxmasına səbəb olub.

O hesab edir ki, İranın son bombardmanlardan sonra bölgədə təsir imkanları ciddi şəkildə zəifləyib: “İranın artıq bölgədə təsir gücü yoxdur. Rusiya Cənubi Qafqaz, Gürcüstan və Ermənistanda müəyyən addımlar ata bilər, lakin bundan sonra Zəngəzur dəhlizinə maneə törətmək imkanı yoxdur”.

B.Quliyevin sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı məsələ sülh müqaviləsindən sonra geridönməz mərhələyə daxil olub: "Artıq biz Qərb və NATO ilə inteqrasiya prosesində olacağıq. İran və Rusiya təbii ki, bundan narahatdır. Lakin Azərbaycanın atdığı ciddi addımlar bu proseslərin qarşısını alacaq”.

Ekspert, təhlükəsizlik məsələlərində Türkiyə, Azərbaycan və Pakistanın əməkdaşlığının ön plana çıxacağını da qeyd edib.


Geri qayıt