Əsas Səhifə > Ana xəbər / Güney Press > DÜBƏK DAŞI və... Eldar Mahmudovun imkanlı ənkə-böyükləri...

DÜBƏK DAŞI və... Eldar Mahmudovun imkanlı ənkə-böyükləri...


Bu gün, 11:13

Şəkildə gördüyünüz dübək daşını rəhmətlik nənəm 1948 ci ildə Böyük Vedidən Beyləqana , oradan da Şəmkirə gətirib . Ona da rəhmətlik anasından qalıb. Yəni bu dübək daşının 100 il ötəyə gedən bir tarixi var.
Eldar Mahmudovun övladlarının da acıqlamasına görə 100 milyonlarla dollar sərvətin əsası 19 əsrdə yaşamış babalarına gedib cıxır.
Bizə isə nənəmizdən dübək daşı gəlib catıb . Bəs sizə babanızdan , nənənizdən hansı sərvət qalıb.?
Böyük Britaniyada tanınmış vəkil Rori Fordays Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsi ilə əlaqəli vəsaitlərin yoxlanılmasında etinasızlıq göstərdiyinə görə 32 500 funt sterlinq məbləğində cərimələnib. Bu barədə Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) məlumat yayıb.
OCCRP-nin əvvəlki araşdırmalarında qeyd olunurdu ki, Mahmudovlar ailəsi Avropada dəyəri azı 100 milyon avro olan biznes imperiyası qurub.
Mahmudovlar ailəsinin vəkili isə OCCRP-yə cavabında bildirib ki, ailənin sərvətinin kökü XIX əsrə qədər gedib çıxır və bütün aktivlər qanuni yolla əldə edilərək rəsmiləşdirilib.
Kecmiş MTN generallarının məhkəməsində ortada guya 57 nəfər zərərcəkən olduğu görünürdü. Halbu ki , vergidən alınmış VÖEN əsasında 10 minlərlə iş adamı , dövlət məmurları rəsmi olaraq filtirasiyadan kecirilmiş , əllərindən cox böyük pullar alınmış , pulu olmayanlara da rüşvət vermələri ücün bir günün icində banklardan milyonlarla manat kredit təşkil edilmiş , daha sonra aylıq -illik xəraca baglamışdılar.
Şahin Nəcəfov - "DİA-AZ"

Geri qayıt