Əsas Səhifə > Ana xəbər / Güney Press > Turizmin anasını özümüz AĞLADIRIQ
Turizmin anasını özümüz AĞLADIRIQBu gün, 07:32 |
Azərbaycanın bir sıra turistik bölgələrində fəaliyyət göstərən restoranlarda qiymətlər paytaxtla müqayisədə qat-qat bahadır. Nəzərə alsaq ki, bölgələrdə məhsullar - meyvə, tərəvəz, ət məhsulları və s. dəfələrlə ucuzdur. Bəs region restoranlarında nəyə görə qiymətlər bu qədər bahadır? Bu məsələ tənzimlənə bilərmi? İqtisadçı-ekspert Xalid Kərimli mövzu ilə bağlı Referans-a açıqlamasında bu sualları cavablandırıb. “Bu məsələ dövlət tərəfindən tənzimlənə bilməz. Belə müəssisələrin cəzalandırılması yalnız vətəndaşlar tərəfindən aparıla bilər. Vətəndaşlar belə restoranlara getməyərək onları qiyməti endirməyə təşviq edə bilər. Belə restoranlara gedilməsi o deməkdir ki, buradakı qiymət vətəndaşın cibinə uyğundur. Təbii ki, burada yanaşmalar fərqlidir, bəziləri üçün baha hesab olunan, digərləri üçün ucuzdur. Buna görə də yanaşmalar nisbidir. Əgər vətəndaş qiymətə həssasdırsa, əvvəlcə getməzdən əvvəl araşdırma aparmalıdır və öz büdcəsinə uyğun məkanlara üz tutmalıdır. Burada dövlət tənzimləməsi qanunvericiliklə mümkün deyil. Dövlət sahibkarın qiymət təyin etmə siyasətinə qarışa bilməz. Sahibkar bu qiyməti təyin etdiyi təqdirdə hələ də onun kifayət qədər müştərisi varsa, demək ki, bu normal qiymətdir”. Ekspert qeyd edib ki, sahibkarlar qiymətləri vətəndaşların tələblərinə uyğun tənzimlədiyinə görə, vətəndaşların bahalı obyektlərdən imtina etməsi onlara ən böyük cəza ola bilər. “Bahalaşmanın əsas səbəbi həmin restoranların müştərilənin, əsasən, Bakıdan gələn şəxslər olmasıdır. Regionda çalışanlar isə belə yerlərə üz tutmur. Müştəri müxtəlifliyinin olmaması da qiymətlərin daha çox yuxarı seqment üçün tənzimlənməsinə gətirib çıxarır. Eyni zamanda bunu da nəzərə almaq lazımdır ki, turistik ərazilərdə də daim qiymətlər başqa ərazilərə nisbətən yüksək olur. Siz bunu hansısa Avropa ölkəsində də müşahidə edə bilərsiniz. Həmin ərazilərdə ərzaq qiymətləri, xərclər az da olsa qiymətlər bahadır. Çünkibu tip ərazilərdə alıcı, müştəri çoxdur və sahibkarlar təyin etdikləri qiymətə rahatlıqla satış edə bilirlər. Qiymətləri endirmək isə yalnız rəqabətlə mümkün ola bilər”. Geri qayıt |