Əsas Səhifə > Ana xəbər / Güney Press > İran öz agentlərini Azərbaycan həbsxanalarına doldurur: gizli və təhlükəki plan
İran öz agentlərini Azərbaycan həbsxanalarına doldurur: gizli və təhlükəki planBu gün, 00:14 |
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhkumlara qarşı pis rəftar edilməsi ilə bağlı səsləndirdiyi iddialar əsassız, qərəzli və təxribat xarakterlidir. Bu barədə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Musavat.com -a açıqlama verib. O bildirib ki, hazırda Azərbaycanın penitensiar müəssisələrində bir sıra İran vətəndaşı olan məhkum saxlanılır və onların əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsi, sərhəd pozuntuları və digər cinayətlərə görə məsuliyyətə cəlb olunublar: “İranın bu məhkumlara göstərilən rəftar və şəraitlə bağlı iradları, sadəcə olaraq, gülüncdür. Çünki həmin şəxslərə göstərilən münasibət, təqdim edilən humanitar şərait və hüquqi təminatlar İran həbsxanalarında müşahidə edilən qeyri-insani davranışlarla müqayisəyə belə gəlmir. Bunu sübut edən faktlardan biri də həmin şəxslərin bəzilərinin azadlığa çıxdıqdan sonra verdikləri müsahibələrdir. Onlar Azərbaycanın həbsxanalarında gördükləri şəffaf və humanist münasibəti etiraf ediblər”. Əsədli qeyd edib ki, humanist münasibətin səviyyəsi elə bir həddədir ki, İranın Azərbaycandakı səfirliyi həmin məhkumlara mütəmadi olaraq sovqat göndərir və bu proses dövlət qurumlarımız tərəfindən də nəzarətdə saxlanılır. Onun sözlərinə görə, əksər cəzaçəkmə müəssisələrində iranlı məhkumlara dini ayinlərin yerinə yetirilməsi üçün məscidlər, ayrıca yemək bişirmə imkanları və digər məişət şəraiti yaradılıb. Samir Əsədli daha bir ciddi məqama toxunaraq bildirib ki, İran bəzən məqsədli şəkildə öz xüsusi xidmət orqanlarının agentura şəbəkəsinə daxil olan şəxslərə məhkum statusu qazandıraraq, bu statusdan ideoloji və təxribatçı məqsədlərlə istifadə edir: “İranın müəyyən strukturları Azərbaycanda fəaliyyət göstərən xüsusi agentləri bilərəkdən həbsxana sisteminə yönləndirir. Məlumatlara əsasən, bu şəxslərin yerləşdiriləcəyi müəssisələr belə öncədən planlaşdırılır. Məqsəd isə həmin şəxslərin orada ideoloji təsir formalaşdırması, dini-siyasi təbliğat aparmasıdır. Bu, artıq hüquqi məsələ deyil, Azərbaycanın suverenliyinə və daxili sabitliyinə qarşı yönəlmiş təhlükəli fəaliyyət formasıdır”. VHP rəsmisi İran rejiminin öz daxilindəki dəhşətli zülm siyasətinə də diqqət çəkib: “Xüsusilə ETTELAAT adlı xüsusi xidmət orqanının nəzarətində olan zindanlarda həyata keçirilən işgəncələr və qeyri-insani rəftarlar beynəlxalq hesabatlarda sənədləşdirilib. İşgəncənin dövlət siyasətinə çevrildiyi bir ölkənin başqa dövlətləri insan hüquqları pozuntusunda ittiham etməsi sadəcə olaraq ikiüzlülükdür. İran rejiminin Azərbaycana qarşı səsləndirdiyi bu absurd bəyanat əslində ölkəmizdə radikal dini təbliğata qarşı sərt və prinsipial mövqeyin uğurlu nəticələrindən doğan qəzəb reaksiyasıdır”. Sonda Samir Əsədli Musavat.com -a bildirib ki, İranın Azərbaycana qarşı irəli sürdüyü bu ittihamların nə hüquqi, nə də mənəvi əsası var. Əksinə, bu cəhdlər Azərbaycanın suverenliyinə qarşı yönəlmiş məkrli planların bir hissəsidir və ölkəmiz bu cür cəhdlərə qarşı prinsipial mövqeyini davam etdirəcək. Geri qayıt |