Əsas Səhifə > Ana xəbər / Güney Press > Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldıBu gün, 15:02 |
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki departament rəisi vəzifəsindən azad edilib. “DIA-AZ” Qaynarinfo-ya istinadən xəbər verir ki, QSC-nin Maliyyə departamentinin Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıblar. Onlar naməlum səbəblərdən “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər. Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış Asəf İsgəndərli və Tərlan Həsənli bu ili mart ayında sözügedən vəzifəyə təyin olunmuşdular. Geri qayıt |