Əsas Səhifə > Ana xəbər / Güney Press > ETSN dövlətə olan borcunu ödəmir

ETSN dövlətə olan borcunu ödəmir


Dünən, 09:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi dövlət büdcəsinə ödəməli olduğu vergiləri vaxtında ödəməyib.
"DİA-AZ"
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, İdarənin 1 avqust 2025-ci il tarixinə olan vergi borcu ümumilikdə 43 min 473 manat 58 qəpik təşkil edir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi vergi ödəyicisi kimi 23 fevral 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xırdalan şəhəri, M. Rəsulzadə, ev 1-də yerləşən İdarəyə Baxışov Elxan Sərxan oğlu rəhbərlik edir.


Geri qayıt