Əsas Səhifə > Ana xəbər / Güney Press > Əsl manşetlik xəbər!

Əsl manşetlik xəbər!


Bu gün, 09:00

Milli mətbuatın 150 illiyi ərəfəsində eşitdiyimə artıq inanmaq məcburiyyətindəyəm.
Sən demə, milləti cəhalət bataqlıqdan qurtarmaq üçün min cür zülm bahasına qəzet nəşr edən Zərdabinin adının ən çox hallandığın bu günlər ölkədə olan- qalan qəzetlərin də bağlanmasına fətva verilib. Fətva ona görə ki, sivil toplumda buna qərar deməzlər. Məzəlisi budur ki, hətta hökümət qəzetlərini də bir birinə calaq ediblər, “Əkinçi”yə istinad olsun.
Yaxşı, əgər “Əkinçi”nin, “Molla Nəsrəddin”in, digər qəzetlərin köhnə nömrələrini bu gün əlimizdə tutmasaydıq, tariximizi haradan biləcəkdik? Arxivlər, “podşivkalar”, araşdırmalar olmasa, kimi tanıyacaqdıq? İnternetə, bir yanlış düymə ilə yaddaş kartından silinib gedəcək kontentlərəmi güvənək? Nə bilim vallah…
Lalə Əliyeva - "DİA-AZ"

Geri qayıt