Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu rayona yeni prokuror təyin edildi

Bu rayona yeni prokuror təyin edildi


Dünən, 12:06

Saatlı rayonunun prokuroru Adil Vəliyev vəzifəsindən azad edilib.

"DİA-AZ"ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Baş prokurorun digər əmri ilə Elnur Rüstəmov Saatlının yeni prokuroru təyin olunub.

E.Rüstəmov bu təyinatadək Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini, daha əvvəl isə Füzuli rayonunun prokuroru kimi çalışıb.


Geri qayıt