Əsas Səhifə > Ana xəbər / Güney Press > Xanım aparıcı metronun mətbuat katibi təyin edildi

Xanım aparıcı metronun mətbuat katibi təyin edildi


Dünən, 15:25

“Bakı Metropoliteni” QSC-də yeni mətbuat katibi təyin edilib.

"DİA-AZ" “Qafqazinfo”ya istinadən xəbər verir ki, teleaparıcı Nərmin Salmanova metropolitenin mətbuat katibi vəzifəsinə gətirilib.

Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətinə Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib.

Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.


Geri qayıt