Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyandan ilginc paylaşım...

Paşinyandan ilginc paylaşım...


Bu gün, 11:59

“Katolikos II Qaregin vəzifəsindən azad edilməlidir. Bunu birlikdə edəcəyik, hazır olun!”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Telegram kanalında yazıb.

“Arvadını aldadarkən tutulan “Astronomer” şirkətinin baş direktoru buna görə istefa verdi. Çünki şirkətin konsepsiyasına əsasən, evlilik dəyərləri əsasdır. Erməni Apostol Kilsəsinin təliminə görə, subay kahin kilsə ilə evlidir və başqa şəxsi münasibətdə olmaq hüququ yoxdur. II Qaregin xəyanətinə rəğmən, hələ də Patriarxlığı boşaltmayıb. Bununla da, müqəddəs məkanı murdarlayır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb.

Xatırladaq ki, ABŞ-da “Coldplay” rok qrupunun konsertində operator təsadüfən “Astronomer IT” şirkətinin rəhbəri Endi Bayronun xəyanətini ifşa edib. O, HR rəhbəri Kristin Kabotu qucaqlayarkən görüntülənib. Sözügedən hadisədən sonra Bayron istefa verib. N.Paşinyanın qeyd etdiyi müqayisə də məhz bu xəbərlə bağlıdır.


Geri qayıt