Əsas Səhifə > Ana xəbər / Güney Press > Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR?
Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR?Dünən, 06:32 |
Son dönəmlərdə Azərbaycanda və dünya üzrə ərzaq məhsullarının qiymətində müşahidə olunan artım, xüsusilə də ət məhsullarının bahalaşması, geniş ictimai müzakirələrə səbəb olmuşdur. Dana əti kimi əsas protein mənbələrindən birinin qiymətinin artması həm ailə büdcələrinə, həm də ümumi iqtisadi vəziyyətə birbaşa təsir göstərir. Bu bahalaşmanın arxasında duran səbəblər müxtəlif və çoxşaxəlidir – yem xərclərinin artımı, logistika problemləri, iqlim dəyişikliklərinin təsiri, yerli istehsalın həcmi, idxaldan asılılıq və digər amillər qiymət artımına təsir edən əsas faktorlar sırasındadır. Dana ətinin bahalaşması təkcə ərzaq bazarında deyil, həmçinin ictimai rəy və dövlət siyasətində də öz əksini tapır. Bu mövzuya diqqət yetirmək, həm problemin səbəblərini dərk etmək, həm də mümkün həll yollarını müzakirə etmək baxımından böyük əhəmiyyət daşıyır. Son günlər paytaxt bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb. Satıcıların sözlərinə görə, qiymət artımı təxminən bir həftə öncədən başlayıb. Əvvəl 15 manata satılan ət indi bəzi yerlərdə 15 manat 50 qəpik, bəzi qəssabxanalarda isə 16 manata qədər bahalaşıb. Ölkədə ət və ət məhsullarının belə bahalaşmasının səbəbi nədir? Bahalaşmanın yaxın gələcəkdə daimi və ya müvəqqəti olacağını necə proqnozlaşdırmaq olar? Bu mövzuyla bağlı İqtisadçı Ekspert Xalid Kərimli REFERANS-ın suallarını cavablandırıb. İqtisadçı ekspert ilk olaraq açıqlama verib ki, ətin qiymətinin bahalaşması ətə olan tələbatın artmasıdır, yəni daha çox artır tələbat çoxdur və qiymətlər bahalaşır. Həmçinin burada qoyun ətinində bahalaşmasına təsir edir dana əti və mal ətinin bahalaşması. Çünki quzu ətiylə mal əti arasında bir əlaqə var. Ona görə də bir-birinə təsir göstərir. Tələbatın artmasına səbəb yay ayları olduğu üçün əhali istirahətdədir və buna görə də ətə olan tələbat artır, bunun nəticəsi olaraq isə qiymətlərdə bahalaşma müşahidə olunur. Ekspert onu vurğulayıb ki, qiymət artmının digər səbəbi sahibkarların xərcləri ilə də bağlıdır. Yaxın gələcəkdə də bu situasiya davam edəcək. Buna səbəb isə heyvandarlıq xərclərinin artması, ölkədə olan infilyasiya və sahibkarlıq xərclərinin artması və saxlanılan heyvanların sayında olan azalmadır. "Bu hal gələcəkdədə davam edəcək , dana və mal ətinin qiymətlərində bahalaşma olacaq",-deyə ekspert Xalid Kərimli əlavə edib. Geri qayıt |