Əsas Səhifə > Ana xəbər / Güney Press > İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olunduDünən, 14:52 |
Fərhad Mədətov SOCAR Azəriqaz İB-də Baş Direktorun maliyyə üzrə müavini təyin edilib. Musavat.com Fərhad Mədətovun dosyesini təqdim edir. Mədətov Fərhad 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhəri 5 saylı orta məktəbi bitirib. O, 1995-2001-ci illərdə Azərbaycan Texniki Universitetinin “Nəqliyyat” fakültəsini bakalavr və maqistr dərəcələri ilə bitirmişdir. 2005-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” isxtisası üzrə bakalavr dərəcəsini almışdır. Mühasibat və maliyyə sahələrində “Association of Chartered Certified Accountants” və “Corporate Finance İnstitute” kimi nüfuzlu beynəlxalq qurumlardan sertifikat və diplomlara malikdir. O, 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olub. Azərbaycanın ərazi bütovlüyü uğrunda İkinci Qarabağ Müharibəsinin veteranıdır. İkinci Qarabağ Müharibəsinin başladığı 27 sentyabr 2020-ci il tarixindən etibarən Fizuli, Cəbrayıl, Hadrut, Zəngilan, Ağdam, Ağdərə rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Ehtiyatda olan zabitdir. Fərhad Mədətov müxtəlif xarici və yerli müəssisələrdə maliyyə və mühasibatlıq üzrə mütəxəsis və rəhbər vəzifələrində fəaliyyət göstərib. 2005- 2007-ci illərdə “European Tobacco” ASC-də mühasib kimi işləyib. 2008-2017-ci illərdə “Agro-Azərinvest” MMC-də Maliyyə meneceri, daha sonra Maliyyə Departamentinin Direktoru vəzifələrində işləyib. 2017-2019-cu illərdə “Gilan Holding”-də Grupun Maliyyə Nəzarətçisi kimi çalışıb. 2019-2024-cü illərdə “Azerbaijan Fish Farm” MMC-də Maliyyə Departamentinin Direktoru kimi çalışıb. 2024-ci ildən “Odlar Yurdu” Universitetində Mühazirəçi müəllim kimi fəaliyyət göstərir. 2024-2025-ci illərdə “ATS Food” MMC-də Maliyyə Departamentinin Direktoru kimi fəaliyyət göstərib. 28 fevral 2025-ci ildən “SOCAR Azəriqaz İB”-də Baş Direktorun müşaviri kimi fəaliyyətini davam etdirib. Ailəlidir. Üç övladı var. Geri qayıt |