Əsas Səhifə > Ana xəbər / Güney Press > "Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur"
"Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur"Bu gün, 04:03 |
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha vurğulayıb. Paşinyanın konstitusiyanı yeniləmək istəməsinin əsas səbəbi Zəngəzur dəhlizi və Azərbaycanla sülh məsələsi ola bilərmi? Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Paşinyan bu dəyişikliyin vacibliyini "müasir reallığı əks etdirən" zərurət kimi təqdim etməklə çalışır, lakin əslində bu, Ermənistanın 30 il ərzində irredentist siyasətin iflasını qəbul etmək məcburiyyətindən doğur: "Ermənistan rəhbərliyinin konstitusiya dəyişiklik planı əslində regional güc balansının köklü dəyişməsini etiraf etmək cəhdidir. Paşinyan mövcud konstitusiyaya düzəlişlərdən deyil, yeni konstitusiyanın qəbulundan danışır və böyük ehtimalla parlament seçkilərindən əvvəl bu dəyişiklikləri həyata keçirməyə çalışır. Bu, Ermənistanın 1990-cı illərlərdən bəri apardığı territorial iddialar siyasətinin artıq dayanılmaz olduğunu göstərir. Politoloq qeyd etdi ki, Zəngəzur dəhlizi məsələsi Ermənistan üçün xüsusilə ağrılıdır, çünki bu, ölkənin əsl geosiyasi mövqeyini - regionda tranzit ölkə olmaq statusunu - qəbul etmək deməkdir: "Ermənistan rəhbərliyi əvvəllər özünü "irredentist güc" kimi təqdim etməyə çalışırdı, indi isə praktik məsələlərlə məşğul olmağa məcburdur. T.İsmayılovun sözlərinə görə, Paşinyanın konstitusiya dəyişiklik planı regional sülh üçün mütləq zərurəti nəzərdə tutur, lakin bu proses Ermənistanın çoxillik təhrikkarlığının nəticəsi olaraq çox gec başlanır. "Regionda sabitlik ancaq Ermənistanın tam şəkildə keçmiş aqressiv siyasətindən əl çəkməsi və reallığı qəbul etməsi ilə mümkün olacaq. Geri qayıt |