Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda kuryerlər "Wolt"u boykot edir
Bakıda kuryerlər "Wolt"u boykot edirBu gün, 16:07 |
Bakıda Wolt kuryerləri şirkəti boykot edirlər. Lent.az xəbər verir ki, bu barədə kuryerlər sosial şəbəkədə məlumat yayıblar. Onların sözlərinə görə, iyulun 8-dən, yəni sabahdan kuryerlər xidmət göstərməyəcəklər. Buna səbəb isə çatdırılma haqqı ilə əlaqədardır. Kuryerlər bildirir ki, Wolt müştəridən aldığı çatdırılma pulunun cüzi bir hissəsini, yalnız 1.10 manatı işçilərə verirlər. Motokuryerlərin sözlərinə görə, bu məbləğ qət etdikləri uzun məsafələr baxımdan sərf etmir. Geri qayıt |