Əsas Səhifə > Ana xəbər / Güney Press > ABŞ-da yaşayan azərbaycanlı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunur

ABŞ-da yaşayan azərbaycanlı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunur


Bu gün, 10:48

ABŞ-nin Kaliforniya ştatında yaşayan azərbaycanlı Sevindik Hüseynov 137 milyon dollarlıq tibbi sığorta fırıldağında iştirak etməkdə ittiham olunaraq saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Şimali Kaliforniya məhkəməsinin saytında məlumat verilib.

Məhkəmə Hüseynovun həbsi üçün order verildiyini bildirib.

Sevindik Hüseynovun sahibi olduğu "Vonyes" adlı şirkətin vasitəsi ilə 2025-ci ilin yanvarın 15-dən iyunun 16-dək Kaliforniyanın müxtəlif ərazilərində saxta sənədlər, təqdimatlar və göndərişlər vasitəsilə ABŞ-nin səhiyyə yardım proqramlarına məxsus pul və əmlakı ələ keçirmək məqsədilə müntəzəm şəkildə aparılan fırıldaqçılıq sxemində iştirak etdiyi bildirilir.

Bu əməllər ABŞ Cinayət Məcəlləsinin 18-ci hissəsinin 1347-ci bölməsini pozmaqda ittiham olunur. İttihamlar sübuta yetirildiyi təqdirdə Sevindik Hüseynovu 10 ilədək həbs gözləyir.


Geri qayıt