Əsas Səhifə > Ana xəbər / Güney Press > Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır

Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır


Bu gün, 09:16

“Tolik” kimi tanınan televiziya aparıcısı Tarix Əliyevin məhkəməsi başlayır. O, məhbus ailələri haqqında səsləndirdiyi təhqirlərə görə məhkəməyə verilib.

Bizimyol.info xəbər verir ki, aparıcıya qarşı şikayətə Nərimanov Rayon Məhkəməsində baxılır. Şikayətçilərdən biri olan Arzu Abdullanın verdiyi məlumata görə, məhkəmənin vaxtı da artıq məlumdur.

“Məhkəmənin hazırlıq iclası mayın 10-na təyin olunub. Bu barədə mənə məhkəmədən bildiriş gəlib. Şikayətimizə Nərimanov Rayon Məhkəməsinin hakimi Kamal Babayevin sədrliyilə baxılacaq”, - deyə Arzu Abdulla bildirib.

Tarix Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb, onun təhqirə görə Cinayət Məcəlləsinin 148-ci maddəsilə cəzalandırılması tələb olunur. Şikayətçi olan məhbus ailələrindən bəziləri ondan bu əməlinə görə maddi təzminat da tələb edir.

“Bu, onun ilk belə məsuliyyətsiz hərəkəti deyil. Bir müddət əvvəl də MAXE-ləri (Müddətdən Artıq Xidmət Edənlər) təhqir etmişdi. Çox təəssüf edirəm ki, cəzalandırılmadı. Cəzasızlıq da yeni-yeni qanunsuzluqlara rəvac verir”, - Arzu Abdulla əlavə edib.


Geri qayıt