Əsas Səhifə > Ana xəbər / Güney Press > 9.8 milyon manatlıq vergi borcu olan "ELTA Development” QSC 13 gündə 5 tender müqaviləsi imzalayıb
9.8 milyon manatlıq vergi borcu olan "ELTA Development” QSC 13 gündə 5 tender müqaviləsi imzalayıbBu gün, 06:28 |
“ELTA Development” QSC-nin 9.8 milyon manatlıq vergi borcuna baxmayaraq, tender müqavilələri imzalaması üzə çıxıb “ELTA Development” QSC-nin külli miqdarda vergi borcu üzə çıxıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin borcu 9.823.561,82 AZN təşkil edir. Maraqlıdır ki, Vergi borcu olan bu şirkət bir neçə dövlət qurumu ilə müxtəlif təmir işlərinin satın alınması üzrə tender müqavilələri bağlayıb. Həmin müqavilələr siyahısını təqdim edirik:
Şirkətin nizamnamə kapitalı 2.000 AZN-dir. Qanuni təmsilçisi Əsədulla Cəlilov Həsən oğludur. Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir. Geri qayıt |