Əsas Səhifə > Ana xəbər / Güney Press > “Rabitəbank”da yeni təyinat

“Rabitəbank”da yeni təyinat


Dünən, 17:43

“Rabitəbank” ASC-nin Risklərin idarə edilməsi departamentinə direktor təyinatı olub.

Banker.az-ın məlumatına görə, Cavidan Eldarlı bankın Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsinə təyin edilib.

C. Eldarlı 2013-2015-ci illərdə Unibank KB ASC-də mikromaliyyələşdirmə departamentində mütəxəssis, aparıcı mütəxəssis, 2018-2019-cu illərdə Azərbaycan Supermarket MMC-də maliyyə analitiki vəzifəsində, 2019-2024-cü illərdə isə Azərbaycan Mərkəzi Bankının Risklərin İdarəedilməsi və Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət departamentlərində çalışıb. 2024-cü ilin iyul ayında Milli Depozit Mərkəzinin Risklərin İdarəedilməsi və Komplayens Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Dünya İqtisadiyyatı “Xüsusi İstedadlar Qrupu”nda bakalavr, 2015-ci ildə isə İqtisadiyyat ixtisası üzrə magistr dərəcələrini bitirib. 2016-2020-ci illər aralığında həmin universitetdə Sahə İqtisadiyyatı ixtisası üzrə doktorantura təhsili alıb. 2016-2017-ci illərdə isə doktorantura təhsilini Erasmus Mundus təqaüd proqramı ilə Yunanıstanın Aleksandr Texniki Təhsil İnstitutunda (ATEI) davam etdirib.


Geri qayıt