Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI...
İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI...Bu gün, 09:52 |
Musavat.com xəbər verir ki, Ermənistanda kilsə ilə dövlət arasında gərginlik yeni mərhələyə keçib. Məlumata görə, arxiyepiskopun ünsiyyəti ciddi şəkildə məhdudlaşdırılıb — yalnız yaxın ailə üzvləri ilə görüşməsinə icazə verilir. Ekspertlər hesab edirlər ki, baş nazir Nikol Paşinyanın siyasi xətti Ermənistan Apostol Kilsəsinin tarixi təsir gücünü qırmağa, cəmiyyətdə dini institutların “seçkiöncəsi manipulyasiya” vasitəsi kimi çıxış etməsinin qarşısını almağa yönəlib. Müxalif dairələr isə bunu açıq şəkildə “dövlətin kilsəyə təzyiqi və müqəddəs dəyərlərə hörmətsizlik” kimi təqdim edirlər. Ermənistan mediası yazır ki, yaxın günlərdə bu məsələdə yeni məhkəmə prosesləri və siyasi bəyanatlar gözlənilir. Analitiklər bu qarşıdurmanın seçkilər ərəfəsində Paşinyan hakimiyyətinə həm sosial, həm də beynəlxalq arenada əlavə çətinliklər yaradacağını istisna etmirlər. Geri qayıt |