Əsas Səhifə > Ana xəbər / Güney Press > Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ...
Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ...Bu gün, 08:42 |
Əliyevin Pezeşkianla telefon söhbəti Azərbaycanın İran-İsrail müharibəsində tərəf olmadığını, o cümlədən, İranda “Azərbaycan İsrail dəstək verib” iddialarına qarşı mövqeyin bir daha sərgilənməsi baxımından əhəmiyətlidir.
Əsas diqqətçəkən məqam İran tərəfinin telefon söhbətini fərqli formada təqdim etməsi, xüsusilə “Pezeşkian Əliyevdən İsrail PUA-larının Azərbaycan səmasından İrana daxil olması haqqında bəzi xəbərlərin araşdırılmasını istəyib” qeydidir. Bu qeydlə İran tərəfi etiraf edir ki, mediada müharibəyə görə Azərbaycana qarşı irəli sürülən iddia/ittihamlar hakimiyyətin göstərişidir;
İranın məqsədi yeni “günahkar”lar tapmaqla məğlubiyyətin məsuliyyətindən yayınmaq və “Azərbaycan Təbrizin bombalanmasında iştirak etdi” iddiaları ilə Güneyin ictimai rəyini manipulyasiya etməkdir. Və “qələbə eyforiyası”nın səngiyəcəyi, müharibənin nəticələrinin müzakirə ediləcəyi qarşıdakı dövrdə eyni iddia\ittiham kampaniyasının müxtəlif səviyyələrdə davam etdiriləcəyi istisna deyil. Pezeşkianın bu iddialara istinad etməsi/etdirilməsi də kampaniyanın aktuallığının saxlanılmasına hesablanıb.
Asif Nərimanlı - "DİA-AZ"
Geri qayıt |