Əsas Səhifə > Ana xəbər / Güney Press > Gömrüyün itləri AC QALACAQ
Gömrüyün itləri AC QALACAQBu gün, 06:54 |
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən itlər üçün quru yem və bir sıra aksesuarların satın alınması ilə bağlı elan etdiyi tender ləğv olunub. 32gun.az xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 223.237,12 manat təşkil edirdi. Satınalma çərçivəsində xalta, xalta üçün ip, su və yem qabları, oyuncaq top da nəzərdə tutulmuşdu. Tenderin ləğv edilməsinə səbəb təklif və təminat sənədlərini təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olmasıdır. Bu səbəbdən satınalma “AİBNDA-nın qərarı” ilə “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib. Geri qayıt |