Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq

Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq


Bu gün, 10:42

İyunun 20-də Sankt-Peterburqda keçirilən iqtisadi konfransda Rusiya Ermənistan hakimiyyətinə sərt mesaj göndərib.

Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Rusiya baş nazirin müavini Aleksey Overçukun fikrincə, bu ilin sonuna kimi Ermənistan və Rusiya 6 milyard dollar itirə bilər. Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması Rusiya istiqamətində ticarətə birbaşa təsir göstərəcək.

Overçuk əlavə edib ki, Ermənistanın Aİ-yə inteqrasiyası Ermənistanın hava məkanının Rusiya təyyarələri üçün bağlanmasına səbəb ola bilər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxacağı təqdirdə bir sıra fundamental üstünlüklərini itirəcək.

“Past”a görə, Rusiyanın bəyanatları təsadüfi deyil:

“Baş nazir Nikol Paşinyanın özü bir neçə gün əvvəl eyham vurub ki, Ermənistan gec-tez AİB və Aİ arasında seçim etməli olacaq. Açıq xəbərdarlıqlara baxmayaraq, hakimiyyət Ermənistanın Aİ-yə inteqrasiyasının mümkün nəticələri barədə hesabat təqdim etməyib.

Rusiya isə artıq təkcə siyasi deyil, həm də iqtisadi və praktiki sahədə mövqeyini sərtləşdirir. Moskva İrəvana o mesajı verir ki, Ermənistanın Avropa arzuları nə qədər dərinləşsə, bunun sonu və nəticələri ölkə üçün bir o qədər ağrılı olacaq”.


Geri qayıt