Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azərlotereya”da yeni təyinat

“Azərlotereya”da yeni təyinat


Bu gün, 10:39

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-də kadr dəyişikliyi olub.

Banker.az xəbər verir ki, Elnur Abdullazadə “Azərlotereya”da Baş maliyyə direktoru vəzifəsinə təyin edilib.

Elnur Abdullazadə 2023-cü ilin iyul ayından 2025-ci ilin iyun ayına kimi “Azərlotereya”da maliyyə direktoru kimi çalışıb.

O, 2006-2010-cu illərdə Bakı Mühəndislik Universiteti Biznesin İdarəedilməsi üzrə Bakalavr dərəcəsinə, 2010-2012-ci illərdə isə Almaniyanın Bonn Universitetində İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.


Geri qayıt