Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT
Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMATBu gün, 10:32 |
2025-ci il iyunun 24-də Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın Ermənistan Apostol Kilsəsinə qarşı yeni hücum mərhələsinə keçdiyini yazıb. KONKRET.az xəbər verir ki, “Qraparak” qəzetinin məlumatına görə, bu qərar müxalifətin və kilsə tərəfdarlarının son aksiyalarından sonra verilib və yaxın günlərdə yeni həbslərin ola biləcəyi istisna edilmir. Məqalədə qeyd olunur ki, bir gün əvvəl – Apostol Kilsəsinin bayramı münasibətilə, minlərlə insan Zvartnots məbədindən Eçmiədzin Kafedralına qədər yürüş təşkil edib. Bu yürüşdə sadə vətəndaşlarla yanaşı, müxalifət nümayəndələri və Ermənistan Apostol Kilsəsinin inanclı insanları iştirak edib. “Qraparak” yazır ki, yürüşün ardından hakimiyyət təmsilçiləri tədbiri məsxərəyə qoymağa çalışıblar, sosial şəbəkələrdə isə iqtidaryönlü trollar və saxta profillər yürüş iştirakçılarına qarşı təhqiramiz və aqressiv paylaşımlar ediblər. Bu isə xalq arasında narazılığı daha da artırıb. Qəzetin iddiasına görə, Paşinyan yürüşdən və onun doğurduğu ictimai dəstəkdən narahat olub və buna cavab olaraq Kilsəyə qarşı yönəlmiş mübarizəyə yeni təkan verilməsi barədə göstəriş verib. Hədəfdə həmçinin Kilsəni dəstəkləyən müxalifətçilər var. Mənbənin məlumatına görə, bu yeni mərhələ çərçivəsində gözlənilməz və səs-küylü həbslər baş verə bilər. Qəzet vurğulayır ki, Kilsəyə yaxın olan iş adamı və ictimai fiqur Samvel Karapetyanın həbsi ilə Paşinyan artıq “qanunilik pərdəsini” tamamilə aradan qaldırıb və istənilən sərt addımı atmağa hazır görünür. Bu addım ictimaiyyətdə “artıq heç bir qırmızı xətt qalmayıb” mesajı kimi qəbul edilir. “Qraparak”ın yazdığı kimi, Paşinyan hökumətinin Ermənistan Apostol Kilsəsinə və onunla həmrəylik göstərən müxalif dairələrə qarşı repressiv siyasəti güclənir. Bu, təkcə dini azadlıqlara yox, həm də ölkədəki sosial və siyasi sabitliyə təhlükə kimi dəyərləndirilir. Hazırkı vəziyyət Ermənistan cəmiyyətində kəskin bölünmələr və qarşıdurmaların dərinləşəcəyindən xəbər verir. Geri qayıt |