Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı?
Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı?Bu gün, 10:20 |
"46 ildir ki, başlayan, zaman-zaman da real müharibə təhlükəsi yaradan İran-İsrail qarşıdurması tam yeni bir mərhələyə keçdi. Bir çoxları bunu raket müharibəsi, bəziləri münaqişənin alovlanması və digərləri də başqa adla adlandırsa da, reallıq odur ki, İranda hazırki rejimin hakimiyyətə gəlməsindən sonra Israil və onun müttəfiqləri ilə İran arasında baş verən hadisələrin rəngi heç vaxt bu qədər tünd olmamışdı". Bunu Muaavat.com-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib. O bildirib ki, dünya miqyaslı yeni müharibənin və ya müharibələrin hesabına da olsa, dünyanı yenidən bölüşdürmək və yeni nizamı dizayn etmək istəyənlərin israrları göz önündədir: "Dünyanın idarəetmə sükanının aid olduğu “Yaxın Şərq” regionu qaynayır və temperatur o dərəcədə qalxıb ki, onun istiliyi ətraf regionlarda da açıq şəkildə hiss olunmaqdadır. Bu regionlardan biri də Cənubi Qafqazdır ki, ordan da baş verənləri hər mənada görmək, duymaq və hiss etmək mümkündür. Cənubi Qafqazla bağlı məkrli planlarının beş il öncə pozulduğunu görüb yeni yollar axtaranlar da sevinclərini və aktivliklərini gizlətmirlər. Çünki, birbaşa bizim regionda olmasa da, qonşuluğumuzda sular bulanıb, necə deyərlər ara qarışıb və məzhəb itib, at izi iti izinə qarışıb və bunu Azərbaycana qarşı yeni hücum üçün əsl məqam hesab edənlər üçün də yeni imkanlar yaranıb. Həmin o bulanma prosesinin bizim ərazilərimizə və həm də ümumilikdə regionumuza keçməməsi üçün bir neçə il öncədən özünün sərhəd bəndlərini möhkəmlədən Azərbaycana qarşı da, paralel olaraq yeni proses başladıldı. İsraillə İranın qarşılıqlı raket və digər hava hücumları ilə eyni zamanda bəzi qüvvələrin Azərbaycana qarşı çirkin informasiya müharibəsi də yeni mərhələyə keçdi. Bəziləri Azərbaycanı İrana hücum etmək üçün İsrailə öz ərazilərindən istifadə imkanları yaratmaqda, digərləri azərbaycanəsilli kəşfiyyatçıları İrana yerləşdirməkdə, bir çoxları da, nə qədər gülünc olsa belə quru sərhədlərimizi bağlamaq kimi suveren hüququmuzu həyata keçirməkdə bizi ittiham etməyə başladı". Politoloq bildirib ki, İranla İsrail bir-birilərini raket və dron yağışına tutarkən antiazərbaycan qüvvələr də Azərbaycanı yalan və dezinformasiya yağışına tutmaqda idilər: "Bəs reallıq nədən ibarətdir və baş verənlərin Azərbaycana hansı təsirləri var. İlk öncə qonşusunda yanğının və alovun çıxmasını istəmək ən ağılsız və ən səhv yanaşmadır, çünki, alov və yanğın nə qonşu tanıyır, nə də ki, sərhəd. Digər tərəfdən də, müharibə olmasın deyə 30 il təmkin nümayiş etdirən, ən son çıxış yolu kimi müharibə etmək məcburiyyətində qalsa belə aylarla və illərlə davam edə biləcək müharibəni cəmi 44 günə sığışdıran, müharibədən dərhal sonra bir daha qarşıdurma olmasın deyə 3+3 formatı da daxil olmaqla, Zəngəzur dəhlizi, bütün nəqliyyat və iqtisadi kommunikasiyalar, geniş quruculuq bərpa işləri və çoxsaylı digər işləri görən Azərbaycanın bu beş illik əziyyətini yeni bir müharibə ilə təhlükə altına düşməsini necə istəyə bilər?! Geri qayıt |