Əsas Səhifə > Ana xəbər / Güney Press > Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR
Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİRBu gün, 10:15 |
Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb. Agentlik 2018-ci ilin aprel ayından fəaliyyətə başlayıb. Əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb. 2001-2007-ci illərdə Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisi olub. 2012-2017-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində işləyib, komitə sədrinin müavini postunu tutub. 2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var. Geri qayıt |