Əsas Səhifə > Ana xəbər / Güney Press > Mərkəzi Bankda yeni təyinat
Mərkəzi Bankda yeni təyinatDünən, 17:15 |
Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub. "DİA-AZ" xəbər verir ki, Nahid Rzayev Azərbaycan Mərkəzi Bankının Daxili audit departamentinin direktor müavini təyin edilib. O, 2020-ci ilin iyun ayından bu təyinata kimi Mərkəzi Bankda audit şöbəsinin rəhbəri kimi çalışıb. 2025-ci ilin may ayından İcbari Sığorta Bürosunun Audit Komitəsinin üzvüdür. Nahid Rzayev 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə bakalavr dərəcəsinə yiyələnib. Geri qayıt |