Əsas Səhifə > Ana xəbər / Güney Press > “QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR”
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR”Bu gün, 17:00 |
Bakı şəhəri, Nəsimi rayonu, M. Qasımov küçəsi, ev 2, mənzil 20 ünvanında yaşayan Alışova Mətanət Yahya qızı tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edir: “Hörmətli Kamran Əliyev! Mən, Alışova Mətanət Yahya qızı, övladını itirmiş bir ana kimi Sizə müraciət edirəm. Mənim qızım özünü öldürməyib, onu buna məcbur ediblər. Diqqətinizə çatdırım ki, 2024-cü ildə qızım intihar dərəcəsinə çatdırılıb. Nəticə etibarilə onun ölümünə səbəb olan cinayət işinə dair Bakı şəhəri, Xətai rayon Prokurorluğunda səthi araşdırma aparılmış və cinayət işi iki müstəntiq tərəfindən ört-basdır edilmişdir. Odur ki, Xətai Rayon Prokurorluğunun qəbul etdiyi qərarlar qanunsuz olduğu üçün ləğv edilməlidir. Cənab Baş prokuror! Qızımın intihar etməsinə səbəb olan şəxslər hazırda azadlıqda gəzir, bu günə kimi həbs olunmayıblar. Əlimdə sübutlarım olduğu üçün, bunu tam əminliklə yazıram. Dəfələrlə Sizə ərizə yazıb xahiş etmişəm ki, cinayət işi Xətai Rayon Prokurorluğundan alınıb, digər prokurorluğun istintaqına verilsin. Lakin əminəm ki, məktub Sizə çatdırılmayıb. Çünki Baş Prokurorluğun əməkdaşları şikayətləri veclərinə almır, sübutlara baxmırlar. Onlar gənc bir qızın ölümünü ört-basdır etmək istəyirlər. Hörmətli Kamran Əliyev! Xahiş edirəm, yalvarıram, müraciətimi cavabsız qoymayın. CM-125-ci maddəsi üzrə cinayət işi Xətai Rayon Prokurorluğundan alınıb, başqa prokurorluğa verilsin. Əlimdə olan sübutlara əsasən deyirəm ki, qızımı intihara sürükləyən var”. Geri qayıt |