Bakıdan Naxçıvana, eləcə də əks istiqamətdə uçuşlar dayandırılıb. Bu barədə Yeniavaz.com-a uçuşları təxirə salınan vətəndaşlar məlumat veriblər. Bildirilib ki, gecədən bəri uçuşlar hər iki istiqamətdə dayandırılıb. Məsələ ilə bağlı hələ ki hər hansı rəsmi məlumat verilməyib. “Azərbaycan Hava Yolları”na (AZAL) müvafiq sorğu ünvanlanıb. Qeyd edək ki, iyunun 13-də başlayan İsrail-İran münaqişəsi ilə əlaqədar regionda bir sıra istiqamətlərdə uçuşlar dayandırılıb və ya təxirə salınıb.
Geri qayıt
|