Əsas Səhifə > Ana xəbər / Güney Press > Sığorta şirkətinin rəhbərliyinə təyinatlar olub
Sığorta şirkətinin rəhbərliyinə təyinatlar olubBu gün, 11:53 |
“Xalq Həyat” ASC-nin Direktorlar Şurası və İdarə Heyətinə yeni təyinatlar olub. Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Günay Qafarlı Eynullah qızı Direktorlar Şurasında müstəqil üzv, Elçin Əsədzadə Nizami oğlu isə İdarə Heyətinin üzvü təyin edilib. Bununla da hər iki idarə orqanın üzvlərin sayı üçə yüksəlmiş olub. G.Qafarlı paralel olaraq “Xalq Bank”da Risklərin idarə edilməsi idarəsində rəis müavini kimi çalışır. E.Əsədzadə isə 2025-ci ilin martından “Meqa Sığorta” ASC-dən “Xalq Həyat” ASC-yə təyinat alıb. O, şirkətin baş risk inzibatçısıdır. Xatırladaq ki, “Xalq Həyat Sığorta” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% “Xalq Sığorta” ASC-yə məxsusdur. Geri qayıt |