Əsas Səhifə > Ana xəbər / Güney Press > "Xalq Kapital İnvestisiya Şirkəti” mənfəətdən ZƏRƏRƏ KEÇİB
"Xalq Kapital İnvestisiya Şirkəti” mənfəətdən ZƏRƏRƏ KEÇİBDünən, 11:32 |
“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, şirkətin ümumi gəlirləri 2023-cü ildəki 122,2 min manatdan 2024-cü ildə 54,6 min manata enərək 2,2 dəfə azalıb. Şirkətin əsas gəlir mənbəyi olan əqdlər üzrə komissiya gəlirləri 112,7 min manatdan 45,4 min manata düşərək 2,5 dəfə kiçilib. 2023-cü ildə 9,5 min manat təşkil edən dividend gəliri 2024-cü ildə tamamilə sıfırlanmışdır. Müsbət məqam kimi, 2024-cü ildə 9,3 min manatlıq yeni "digər gəlirlər" maddəsinin yaranmasını qeyd etmək olar, lakin bu, ümumi gəlirlərdəki kəskin azalmanı kompensasiya etməyə yetməmişdir. Əməliyyat Xərclərində Ciddi Artım Gəlirlərin azalması fonunda şirkətin əməliyyat xərcləri ötən ilə nəzərən 43,1% artaraq 82,6 min manatdan 118,2 min manata yüksəlib. Ümumi və inzibati xərclər99,4% artaraq 16,6 min manatdan 33,1 min manata çatıb. Əmək haqqı və işçilərlə bağlı xərclə isə 29,6% artaraq 64,5 min manatdan 83,6 min manata yüksəlib. Gəlirlərin kəskin azalması və xərclərin eyni zamanda artması şirkətin əməliyyat nəticəsinə birbaşa təsir göstərib. Belə ki, şirkət 2023-cü ildə əldə etdiyi 39,6 min manatlıq əməliyyat mənfəətindən fərqli olaraq, 2024-cü ili 63,6 min manat əməliyyat zərəri ilə başa vurub. Geri qayıt |