Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndi
Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndiBu gün, 03:19 |
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib. O bildirib ki, Hindistanın regionda marağı var, lakin İrəvanın necə bir yol izləyəcəyi məlum deyil. “Ermənistanın bu imkandan necə istifadə edəcəyi məchul məsələdir. Silah idxalını artıracaq və müdafiəni gücləndirdiyi imicini formalaşdırmağa çalışacaq, yoxsa həqiqətən Azərbaycanla hərbi tarazlıq yaratamağa cəhd edəcək, bəlli deyil. Bizim üçün sadəcə Dehli ilə münasibətlər kifayət etmir, hərtəfəli strategiya lazımdır. Bu gün Azərbaycanın Çin, İsrail, həmçinin bir sıra Asiya və Afrika ölkələri ilə çox möhkəm əlaqələri var. Həmçinin Pekin İrəvanın Dehli ilə yaxınlaşmasına isti baxmır. Bütün bunları nəzərə alaraq ehtiyatlı və düşünülmüş addım atmalıyıq ki, həmlələrimiz əks-effekt verməsin”. Qeyd edək ki, Pakistanla yaşanan gərginlikdən sonra Hindistan mətbuatında Türkiyə və Azərbaycanı hədəfə alan çox sayda materiallar tirajlanır. Bu ölkədən İrəvana silah idxalının ikinci hissəsinin göndərilməsi ilə bağlı qərarın təsdiqləndiyi bildirilir. Xatırladaq ki, ötən ay baş verən qarşıdurma zamanı Azərbaycan XİN Pakistana edilən hücumları pislədi. Nəticədə Hindistanda Bakı əleyhinə boykot kampaniyaları başladıldı. Geri qayıt |