Əsas Səhifə > Ana xəbər / Güney Press > Ter-Petrosyan Qaregini dəstəklədi

Ter-Petrosyan Qaregini dəstəklədi


Bu gün, 09:57

Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan Müqəddəs Eçmiədzin Ana taxtına baş çəkib və bütün ermənilərin katolikosu II Qareginlə şəxsi söhbət edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

“Söhbət zamanı prezident Ali Patriarxı tam dəstəklədiyini bildirib, eyni zamanda Ermənistan hakimiyyətinin 1700 illik tarixi olan Erməni Apostol Kilsəsinə konstitusiyaya zidd təcavüzlərini kəskin şəkildə pisləyib”, - məlumatda deyilir.

Bununla da Ter-Petrosyan Qareginlə bağlı sensasion açıqlamalar verən Nikol Paşinyana qarşı çıxdığını nümayiş etdirib.


Geri qayıt