Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu

Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu


Dünən, 12:16

İrəvanda dilin tam qrammatikasını özündə əks etdirən və yeni başlayanlar üçün nəzərdə tutulmuş yeni Azərbaycan dili dərsliyi nəşr olunub.

Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı xarakteri və erməni tərəfinin maraq dairəsi nəzərə alınaraq, dərslikdə əsasən hərbi, siyasi və diplomatik sahələrə aid lüğət və mətnlər yer alıb. Kitaba erməni-azərbaycanca və azərbaycanca-ermənicə lüğətlər də əlavə olunub.

Dərsliyin müəllifi əslən Ağdərədən olan Aşot Movsisyandır. İxtisasca şərqşünas və türkoloqdur. Kitabın redaktoru filologiya elmləri namizədi, dosent, şərqşünas Artyom Tonoyandır.


Geri qayıt